Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı YENİ QƏRAR
Yeniliklərdən dərhal xəbərdar olun
"Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"nda dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qüvvədə olan qərara görə, akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 (on beş) gündən artıq olmamaq şərtilə Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 (yeddi) gün müddətində Dövlət Təhlükəsizliyi Xidmətindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir.
Dəyişikliyə əsasən, artıq xarici media subyektlərinin nümayəndələrinə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən rəy alınacaq.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...