İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) uğurla təşkil edib.
BAKU.WS "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Claudio Barbaro bildirib.
O, Azərbaycan hökumətinə forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Nazir müavininin sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerli səviyyədə tətbiqi dayanıqlı inkişafın əsas prioritetlərindən biridir.
Claudio Barbaro qeyd edib ki, milli və yerli könüllü hesabatların inteqrasiyası siyasətlərin yerli, milli və qlobal səviyyədə uzlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
"Yeni Şəhər Gündəliyinin aralıq qiymətləndirilməsi çərçivəsində çoxsəviyyəli idarəetməni gücləndirməli, Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasını sürətləndirməli və siyasətlər arasında uyğunluğu təmin etməliyik", – deyə o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...