İtaliya səfirliyinin 45 nəfərlik heyəti Azərbaycan vasitəsilə İrandan təxliyə edilib
İtaliyanın İrandakı səfirliyinin 45 nəfərlik heyəti Astara dövlət sərhədi buraxılış məntəqəsindən təxliyə edilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Qeyd edək ki, İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 16:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1300-ü keçib.
Qalereya
Oxşar xəbərlər
Hikmət Hacıyev xarici diplomatların Laçına səfərindən video paylaşıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatik korpus nümayəndəl...