İsveçrədən İraq qərarı! Bağdad səfirliyi 33 ildən sonra yenidən açılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçrə 33 ildən sonra İraqdakı Bağdad səfirliyini yenidən açıb.
BAKU.WS xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada İsveçrə "1991 Körfəz Müharibəsi" səbəbiylə əvvəlki nümayəndəliyini bağladıqdan 33 il sonra, bu gün İraqdakı səfirliyinin yenidən açıldığını deyib.
Bəyanatda qeyd olunub ki, Federal Şura Bağdad səfirliyini yenidən açmaqla İraqla ikitərəfli əlaqələri gücləndirmək və iqtisadi, təhlükəsizlik və miqrasiya mövzularında əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır.
Bu addımın Federal Şuranın 2021-24 Yaxın Şərq və Şimali Afrika (MENA) Strategiyasının hədəfi çərçivəsində atıldığı da ifadə edilib.
Qeyd edək ki, bu gün Bağdadda Avstriya, Fransa, İtaliya və Almaniyanın da olduğu 50-dən çox ölkənin səfirliyi var.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...