İsveçrə İrandan vətəndaşların təxliyəsinə görə Azərbaycana təşəkkür edib
04
mar
2026
18:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçrə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar İrandan İsveçrə vətəndaşlarının təxliyəsində göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında bildirilib.
"İsveçrə səfirliyi isveçrəli diplomatların və vətəndaşların İrandan təxliyəsində göstərilən operativ və qiymətli yardıma görə Azərbaycan hökumətinə təşəkkür edir. Belə kritik bir vaxtda əməkdaşlığı və dəstəyi yüksək qiymətləndiririk" - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...