İstanbul Məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı QƏRAR VERDİ
İstanbul İnzibati Məhkəməsi Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.
BAKU.WS xəbər verir ki, bunu Gültəkin Hacıbəyli sosial şəbəkə hesabında paylaşıb.
"Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq, şikayətimi təmin etməyib.
Bu gün isə Ankara İnzibati Məhkəməsi üzərimə qoyulmuş "G-82" kodunun götürülməsi ilə bağlı müraciətim əsasında İstanbul Valiliyinə sorğu göndərilib. Xatırladım ki, "G-82" kodu mənim guya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib", - deyə G.Hacıbəyli vurğulayıb.
Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə məlumatlar yer alıb.
"Ramiz Mehdiyev işi" çərçivəsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Tərtər və Ağdərə səfərinin strateji əhəmiyyəti ŞƏRH
Prezident İlham Əliyev Tərtər və Ağdərə rayonlarına səfəri çərçivəsində Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərində görülən işlərlə tanış olu...