İsrail və Qazaxıstan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər
İsrail Prezidenti İshaq Hersoq və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən görüş zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İ.Hersoq "X" sosial şəbəkəsində bildirib.
"İsrail və Qazaxıstan arasındakı dostluq onilliklərə dayanır. Mənim atam Xaim Hersoq ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan qısa müddət sonra, 1993-cü ildə Qazaxıstana səfər edən ilk İsrail prezidenti olub. Bugünkü görüş zamanı biz texnologiyalar, innovasiyalar, süni intellekt, kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi də daxil olmaqla bir sıra sahələrdə ikitərəfli tərəfdaşlığın daha da möhkəmləndirilməsi yollarını müzakirə etdik", - o yazıb.
Onun sözlərinə görə, tərəflər həmçinin aktual regional məsələlərə toxunub və sabitliyin və təhlükəsizliyin təmin edilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
"Qazaxıstanın İbrahim sazişlərinə qoşulmaq qərarı regional əməkdaşlığın möhkəmləndirilməsi, Yaxın Şərq və Asiyanın bütün xalqları üçün sülh, tolerantlıq və rifah gələcəyinin qurulması istiqamətində mühüm addımdır", - o əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk
Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkə hesabında Çexiyanın Baş naziri Andrey Babişin paylaşımı bölüşülüb və Qəbələdə aparılan müzakirələrə görə...