İsrail Ordusu Tehrana yeni zərbələrin olacağını açıqlayıb

İsrail Ordusu Tehrana yeni zərbələrin olacağını açıqlayıb
Siyasət 49

İsrail Müdafiə Ordusu yaxın saatlarda Tehrana növbəti hava zərbələrinin endiriləcəyini bəyan edib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı ordunun mətbuat xidməti yayıb. İsrail Ordusunun farsdilli nümayəndəsi Kamal Penhasi bildirib ki, bölgədə yaşayanlar təhlükəsizliyi təmin etmək üçün dərhal göstərilən əraziləri tərk etməlidir.

Onun sözlərinə görə, İsrail Ordusu İranın hərbi infrastrukturuna qarşı yeni hücumlara hazırlaşır.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail ordusu "Yüksələn Aslan" adlı genişmiqyaslı əməliyyata start verib. Əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri İranın hərbi obyektlərini və nüvə proqramı ilə bağlı infrastrukturunu hədəf alıb.

Hücumlar zamanı Tehranda və digər bölgələrdə yerləşən obyektlər vurulub. Zərbələr nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH komandiri və bir neçə nüvə alimi həlak olub. Eyni zamanda, Natanz və Fordo kimi nüvə obyektləri, eləcə də İranın bir sıra hərbi mövqeləri zədələnib.

Oxşar xəbərlər

Son xəbərlər