İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 21-22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Siyasətinin Tədqiqi Mərkəzi məlumat yayıb.
"Müzakirələr zamanı digər məsələlərlə yanaşı, avqustun 8-də Vaşinqtonda keçirilən görüşün yekunları üzrə müəyyən edilmiş sülh gündəmi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlığa aparan mümkün yollar, iki ölkədə vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq", - məlumatda deyilir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...