İran səfiri: Azərbaycanın qələbəsi ikitərəfli əlaqələrdə yeni imkanlar yaradıb
Azərbaycanın qələbəsi həm iqtisadi, həm də digər sahələr üzrə ikitərəfli əlaqələrdə yeni imkanlar yaradıb.
BAKU.WS xəbər verir ki, bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
Səfir qeyd edib ki, Azərbaycan-İran münasibətlərində Naxçıvan mühüm yer tutur:
"Xatırlayıram ki, 1992-ci ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin İrana səfəri çərçivəsində çox böyük razılaşmalar əldə olundu. Həmin razılaşmalar əsasında əlaqələr çox inkişaf edib. Eyni zamanda, Azərbaycanın Qələbəsi və işğal olunmuş torpaqların azad edilməsi ikitərəfli əlaqələrdə yeni imkanlar yaradıb.
Biz çalışmalıyıq ki, bu yeni şəraitdə yaranan imkanlardan səmərəli istifadə edərək iki xalqı bir-birinə daha da yaxınlaşdıraq, iki dost və qardaş ölkənin əlaqələrini daha da dərinləşdirək".
Oxşar xəbərlər
"Haber Global": "Tramp Avropada nüvə silahları yerləşdirdi, müharibə Almaniyada başlayacaq"
"Almaniyanın Reynland-Pfalts bölgəsindəki Bühel Hava Bazasında, təxminən, 20 ədəd "B61-12" nüvə hidrogen bombasının yerləşdiyi təxmin edilir. Bu bombalar yaxınl...