İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq
Parlamentin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçının rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ ilə ehtimal olunan müqaviləyə dair məsləhətləşmələr üçün Dohaya (Qətər) yollanıblar.
Bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində iranlı rəsmilər Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşlər planlaşdırıblar.
Qeyd olunur ki, səfərin əsas məqsədi münaqişənin dayandırılması yollarını tapmaqdır.
Danışıqlar zamanı başlıca diqqət Hörmüz boğazı ətrafındakı vəziyyətə və İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına yönəldiləcək.
Agentliyin mənbəsi onu da vurğulayıb ki, nümayəndə heyətinin tərkibinə İran Mərkəzi Bankının rəhbəri də daxildir. Onun yekun razılaşma çərçivəsində İranın dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi ilə bağlı müzakirələrə qatılacağı ehtimal olunur.
Xatırladaq ki, daha əvvəl ABŞ və İranın Yaxın Şərq regionunda gərginliyin azaldılmasına yönəlmiş mümkün sazişin parametrləri barədə ilkin razılığa gəldikləri bildirilirdi.
Oxşar xəbərlər
Azərbaycanda iki rəis vəzifəsindən azad olundu
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin (DSK) Şərur və Culfa Rayon Statistika İdarələrinin rəisləri vəzifələrindən azad olunublar. BAKU.WS...