İqtisadi Şuranın iclası keçirildi: Qurumlara tapşırıqlar verildi

İqtisadi Şuranın iclası keçirildi: Qurumlara tapşırıqlar verildi
Foto
Siyasət 44

İqtisadi Şuranın növbəti iclası keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyində "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup"u tərəfindən hazırlanan "Tikinti və kommunal infrastruktura qoşulma" və "Sənaye" adlı sənədlər üzrə bu sahələrdə sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovun məruzəsi dinlənilib.

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar - ədliyyə naziri Fərid Əhmədov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev, fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətov çıxış ediblər.

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.

Son xəbərlər