İqlim maliyyəsi üzrə ekspert: "Təklif edilən məbləğ ciddi qəbul edilmir"
"Biz bu danışıqların mərkəzində iqlim maliyyələşdirilməsi məqsədini daha ciddi qəbul etməliyik. Çünki iqlim böhranı təklif edilən məbləği ciddi qəbul etmir".
Bu sözləri Oxu.Az-a açıqlamasında iqlim maliyyəsi üzrə ekspert Rebeka Tissen deyib.
O bildirib ki, irəli sürülən mətnlə qarşılaşdığımız mənzərə eyni deyil:
"İnkişaf etmiş ölkələr iqlim maliyyəsi təmin etmək üçün verdikləri vədi yerinə yetirmədiyinə görə, həssas ölkələr danışıqları tərk etdi.
Zəngin ölkələr öz öhdəliklərini yerinə yetirməkdən imtina etdi və onlar yükü inkişaf etməkdə olan ölkələrin üzərinə atmaq üçün effektiv şəkildə çalışırlar. Bu baxımdan, irəli sürülən mətn, iqlim dəyişikliyinə görə tarixi məsuliyyəti etiraf etmək öhdəliyini bütün aktorların, məsul tərəflərin üzərinə qoyur".
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar
Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5...