İlxom Maxkamov: "Özbəkistan və Azərbaycan aviareyslərin sayını həftədə 40-a çatdıracaq"
Özbəkistan və Azərbaycan iki ölkə arasında aviareyslərin sayını həftədə 40-a çatdırmağı planlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlxom Maxkamov "Özbəkistan 24" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda ölkələr arasında həftədə 18 aviareys həyata keçirilir, onların sayını 40-a qədər artırmaq tapşırığı qoyulub.
İ. Maxkamov əlavə edib ki, avqustun 23-də Daşkənddə keçirilən ali səviyyəli danışıqların yekunlarına əsasən, Azərbaycan və Özbəkistan Orta Dəhlizin infrastrukturunun inkişafı, birgə müəssisələrin yaradılması və bərə əlaqəsinin bərpası barədə razılığa gəliblər. Nazir vurğulayıb ki, bu iş praktiki istiqamətdə davam etdiriləcək.
Oxşar xəbərlər
Şerzod Xocayev: "Özbəkistan və Azərbaycan neft məhsullarının istehsalını müzakirə edib"
Özbəkistanın ehtiyacları üçün neft məhsullarının, o cümlədən avtomobil və aviasiya yanacağının birgə istehsalı Bakı və Daşkəndin enerji əməkdaşlığının perspekti...