İcraçı direktor: Azad edilmiş ərazilərdə şəhərsalma yanaşmaları multikultural dəyərlərlə birləşdirilir

İcraçı direktor: Azad edilmiş ərazilərdə şəhərsalma yanaşmaları multikultural dəyərlərlə birləşdirilir
Siyasət 58

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesində müasir şəhərsalma yanaşmalarını innovasiya və multikultural dəyərlərlə birləşdirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilmiş Yerli Xalqların Hüquqları üzrə Dəyirmi Masada deyib.

O qeyd edib ki, həmin ərazilərdə müasirliklə yanaşı, mədəni müxtəlifliyin qorunmasına da xüsusi diqqət yetirilir:

"Qarabağda tarixi abidələr, dini ibadət yerləri və müxtəlif xalqlara məxsus mədəni irs qorunur. Dövlət sosial həmrəyliyin gücləndirilməsi üçün bütün zəruri addımları atır".

Son xəbərlər