İcma sədri: Biz Qərbi Azərbaycana da qayıdacağıq
44 günlük Vətən Müharibəsində və daha sonra antiterror əməliyyatlarında biz xocalıların qisasını aldıq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
O bildirib ki, Xocalıdan olan məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıdıb:
"Heç şübhəsiz ermənilərin 200 illik yaratdığı strategiya məhv oldu. Biz Qərbi Azərbaycanada qayıdacağıq. Bu bizim tarixi və təmələ haqqımızdır. Bunun qarşısını heç kim ala bilməz. Bizim əjdadlarımız orada mədəni irsi var. Son 36 ildə biz Qərbi Azərbaycan məsələsini dünya gündəminə çıxara bilməmişdik. Amma artıq Qərbi Azərbaycan İcmasının rəsmi sənədi BMT-yə üzv olan dövlətkər arasında yayılıb. Bəzi dairələr ikili standartlarından əl çəkməli, Qərbi Azərbaycana qayıdış hüququnu tanımalıdır".
Oxşar xəbərlər
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib....