İcma: "Amnesty International" və "Human Rights Watch" bir mərkəz tərəfindən idarə olunur"
"COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələri Azərbaycana qarşı təzyiqləri və hücumları daha da gücləndirir. "Amnesty International" və "Human Rights Watch" təşkilatları bu gün səhər yaydıqları bəyanatda Azərbaycanın COP29-a ev sahibliyindən qıcıqlanaraq Azərbaycana qarşı böhtanlar və əsassız tələblər irəli sürürlər".
BAKU.WS xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
"Bu bəyanatların eyni gündə yayımlanması Azərbaycana qarşı son həftələrdə artan hücumların sözügedən hər iki təşkilata nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərir. Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaq cəhdidir.
Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ötən ilin avqust ayında icmamızın "Amnesty International" və "Human Rights Watch"a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduqlarını göstərir. Bütün bunlar "Amnesty International" və "Human Rights Watch"un məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir", - bəyanatda deyilir.
"Biz "Amnesty International" və "Human Rights Watch"un anti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik siyasətini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə çağırırıq", - icmanın bəyanatında vurğulanıb.
Oxşar xəbərlər
Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan bir qrup şəxs təltif edilib. BAKU.WS xəbər verir ki, bu barədə Prezident...