Hüseynzadə və Hamilton Azərbaycan-NATO tərəfdaşlığının perspektivlərini müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Alyansın Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi, səfir Kevin Hamiltonla görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.
"Görüş zamanı tərəflər Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparıblar", - məlumatda qeyd olunur.
Həmçinin NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin vətəndaşlarının və diplomatik heyətinin İrandan təhlükəsiz təxliyəsində Azərbaycanın mühüm rolu qeyd edilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...