Hüseyn Mahmudov: "Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir"
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan tərəfi humanitar atəşkəsdən yararlanaraq öz qoşunlarını yenidən toplamaq və işğal edilmiş əraziləri təkrar işğal etməyə çalışır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.
Onun sözlərinə görə, ikinci dəfə əldə olunan humanitar atəşkəs razılaşmasından sonra, oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib:
“Onlar təkrarən işğaldan azad edilən ərazilərimizi işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artilleriyadan və aviasiyadan istifadə ediblər. Lakin Azərbaycan ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin SU-25 təyyarəsini məhv etdi. Hazırda bütün cəbhəboyu Ordumuzun nəzarəti altındadır. Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən erməni hərbi texnikalarının sayı düşmənin işğal olunmuş ərazilərində hansı dərəcədə hərbləşməsini göstərdi”.
Azərbaycanın erməni əhaliyə humanitar dəhlizlə bağlı müraciətini xatırladan H. Mahmudov qeyd edib ki, Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir.
Oxşar xəbərlər
Hikmət Hacıyev: "Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində konkret danışıqların tərəfdarıdır"
Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiya çıxan “Kommersant” (“Ъ”) qəzet...