Hüseyn Əmir Abdullahian: Azərbaycanla İran arasında önəmli razılıqlar əldə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla İran arasında önəmli razılıqlar əldə olunub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
H.Əmir Abdullahianın sözlərinə görə, müxtəlif ideyalar irəli sürülüb və əlaqələrin inkişafı sürətlə davam edəcək.
"Azərbaycanı öz ərazilərini işğaldan azad etməsi ilə münasibəti ilə təbrik edirəm.İranın yeni hökümətinin prioriteti Azərbaycanla əlaqələri maksimum səviyyədə inkişaf etdirməkdir", - deyə o bildirib.
O, qeyd edib ki, İranın yeni höküməti İran, Azərbaycan, Türkiyə və Rusiya arasında dördtərəfli əlaqələrin inkişaf etdirilməsini istəyir. Bundan başqa, 3+3 formatı çərçivəsində görüşlər təşkil edilir.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...