Hulusi Akar: Bu ilin əvvəlindən etibarən 1926 terrorçu zərərsizləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin əvvəlindən etibarən Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında, eləcə də ölkədaxili əməliyyatlarda ümumilikdə 1926 terrorçu zərərsizləşdirilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Suriya sərhəddini ziyarəti zamanı bildirib.
Sentyabrın 11-i terrorçuların hücumu zamanı yaralanan əsgərlərin ikisinin vəziyyətlərinin qənaətbəxş olduğunu, digər birinin isə əməliyyat ediləcəyini qeyd edən nazir deyib: "Terrorla mübarizəmiz davam edəcək. Səbir, əzm və qətiyyətlə bu mübarizəyə davam edəcəyik. Sərhədlərimizin cənubunda nə cür adlandırılmasına baxmayaraq, hər hansı bir quruluşun fəaliyyətinə icazə verməyəcəyik".
Oxşar xəbərlər
İlham Əliyev Hulusi Akarla görüşdü - YENİLƏNİB - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini...