Hücuma məruz qalan 22 yaşlı qadın öldükdən sonra övlad dünyaya gətirdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin paytaxtında əri ilə avtomobildə olarkən hücuma məruz qalan gənc model dünyasını dəyişib. Samya Gill adlı qadın ölümündən sonra körpəsini dünyaya gətirərək möcüzə gerçəkləşdirib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hücumda avtomat və tapançalardan istifadə edilib.
Bu zaman ağır yaralanan və hamilə olduğu təsbit edilən Gill təcili olaraq şəhərdəki xəstəxanalardan birinə aparılıb.
Xəstəxanaya çatanda ölüm ayağında olan Gillə dərhal tibbi yardım göstərilib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, dünyasını dəyişən 22 yaşlı model keysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. Uğurlu doğuşdan sonra körpə “küves”ə aparılıb.
Polis hücumda Gillin həyat yoldaşının yüngül yaralandığını və onun həyatının təhlükədə olmadığını bildirib.
Qalereya
Oxşar xəbərlər
Dünyada bir İLK: Ana bətnindəki körpə beyin əməliyyatı olundu
ABŞ-də alimlər xüsusi genetik xəstəliyə malik 34 həftəlik körpənin insultla doğulma riskinin qarşısını almaq üçün ana bətnində olarkən körpə üzərində beyin əməl...