Homoseksual olmayan insan, insan deyil? - Parisdə gördüyümüz nə idi? - VİDEO

"Emmanuel Makron başda olmaqla onun kimi düşünən liderlər müasir liderlik kursunun deqradasiyaya uğramış nümunələridir. Onlar dünyanı Olimpiya Oyunlarının açılış mərasimində göstərdikləri "şou"dakı kimi görmək istəyirlər".
Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov deyib.
"Bu liderlər heç bir dəyəri, çərçivəsi, mənəvi elementi olmayan, hər şeyi inkar edən, nəticə etibarilə bu dünyada yalnız və yalnız hər şeydən həzz almaq üçün yaşayan kütlələr yetişdirməyə çalışırlar. Bu cür kütlələrin yetişdirilməsinin qarşısında duran bütün dövlətləri, liderləri isə özlərinə düşmən sayırlar. Yay Olimpiya Oyunlarının açılış mərasimi təsdiq etdi ki, dünyada insanları azadlıq arzuları və mübarizəsi adı altında boşluğa yönləndirirlər", - deyə o qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
