Hindistan xarici işlər nazirinin müavini Bakıda səfərdədir
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Sanjay Verma Bakıya gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Hindistanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.
Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.
Oxşar xəbərlər
İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə iştirak edir - YENİLƏNİR + VİDEO
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikas...