Hindistan tezliklə dünyanın 3-cü ən böyük iqtisadiyyatına çevriləcək

Hindistan tezliklə dünyanın 3-cü ən böyük iqtisadiyyatına çevriləcək
Siyasət 3

Baş nazir Narendra Modi əmindir ki, Hindistan yaxın bir neçə ildə dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək.

Onun sözlərindən “Economic Times” sitat gətirib.

"Bu gün dünya hökumətimizin sürətini, eləcə də böyük məqsədlərimizi və cəsarətimizi izləyir", - deyə baş nazir vurğulayıb.

Siyasətçi qeyd edib ki, 2014-cü ildə Hindistan 11-ci ən böyük iqtisadiyyat idi, bu gün ölkə 5-ci yerdədir. O, həmçinin Hindistanın rəqəmsal iqtisadiyyatda liderliyinə diqqət çəkib.

Yanvarda Hindistan fond bazarının kapitallaşması baxımından ilk dəfə olaraq Honq-Konqu ötüb. Hindistan fond bazarı 4,3 trilyon dollara çatıb.

Son xəbərlər