Hindistan İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan İrandan öz vətəndaşlarının təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Bu barədə BAKU.WS Hindistanın Bakıdakı diplomatik missiyasının məlumatına istinadən xəbər verir.
"Hindistan vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk", - səfirlikdən bildiriblər.
Martın 30-u saat 10:00-a olan məlumata görə, fevralın 28-i saat 08:00-dan etibarən Hindistanın 196 vətəndaşı təxliyə edilib. Ümumilikdə bu müddət ərzində 3 094 nəfər təxliyə olunub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...