Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır
Yeniliklərdən dərhal xəbərdar olun
Orta Dəhliz nəqliyyat marşrutundan Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər ölkələri birləşdirən strateji geoiqtisadi sistemə dərin keçid mərhələsindədir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı deyib.
O bildirib ki, Körfəz bölgəsində və Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır.
"Orta Dəhlizin vacib əsas komponentlərindən biri Bakı-Tbilisi-Qars dəmir yoludur. Bağlantı arxitekturasının vacib bir ölçüsü də Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəlidir. Yaranmaqda olan Zəngəzur dəhlizi getdikcə Orta Dəhlizin strateji seqmenti kimi qəbul edilir. O, Şərq-Qərb əlaqəsini gücləndirməklə yanaşı, Azərbaycanın Türkiyə və daha geniş coğrafiyada Avropa ölkələri ilə birbaşa əlaqəsini gücləndirmək potensialına malikdir", - Prezidentin köməkçisi əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...