Hikmət Hacıyev: “Xarici diplomatlar vəziyyəti öz gözləri ilə görürlər”
Yeniliklərdən dərhal xəbərdar olun
“Onlar vəziyyəti öz gözləri ilə görürlər. Diplomatik missiyada belə bir prosedur var ki, diplomatlar xidmət etdikləri ölkə barədə öz dövlətlərinə məlumat verirlər. Bu mənada onların Cəbrayılda dağıdılmış məzarlıqlarla tanışlığı əhəmiyyətlidir”.
Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, xarici diplomatlar öz gözləri ilə Ermənistanın qəbirlərlə, cəsədlərlə mübarizə aparmasının əyani şahidi oldular.
Oxu.Az-ın müxbiri xəbər verir ki, Xudafərin körpüsündə jurnalistlərə açıqlama verən Hikmət Hacıyev dünyanın müxtəlif qaynar bölgələrində olan jurnalistlərin və xarici diplomatların Cəbrayıl və Zəngilana səfərlərinin çox vacib olduğunu bildirib.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...