Hikmət Hacıyev: "Qlobal Bakı Forumunda 400 nəfərin iştirakı nəzərdə tutulub"
"Bu gün Bakıda keçiriləcək Qlobal Bakı Forumunun XIII toplantısında 400 nəfərin iştirakı nəzərdə tutulub".
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
O qeyd edib ki, Qlobal Bakı Forumunun XIII toplantısı "Dəyişən dünyada parçalanmaların aradan qaldırılması" mövzusu ilə başlayır.
H.Hacıyev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqi ilə çıxış edəcək:
"Hazırda dünyada bir çox uçuşların ləğv olunduğu və səyahət xəbərdarlıqlarının artdığı bir vaxtda belə beynəlxalq konfrans üçün təxminən 400 iştirakçını bir araya gətirmək ciddi səy və koordinasiya tələb edir. Bu toplantının uğurla təşkil olunması və dialoq, müzakirə üçün platformanın yaradılması çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir. Bu, həm də beynəlxalq ictimaiyyətin Azərbaycana regionun diplomatik mərkəzlərindən biri kimi göstərdiyi etimadı əks etdirir", - deyə Prezidentin köməkçisi bildirib.
The XIII Global Baku Forum is launching under the theme “Bridging Divides in a World in Transition.” The President of the Republic of Azerbaijan, Ilham Aliyev, will deliver the opening address.
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 12, 2026
The Forum is dedicated to a highly relevant topic for today’s world, at a time when… pic.twitter.com/64LcHUlwgr
Oxşar xəbərlər
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda, "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə ol...