Hikmət Hacıyev Paşinyanı Səddam Hüseynlə müqayisə etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın baş naziri Nikol Paşinyanın Gəncəyə SCUD ballistik raketi ilə hücumu və dinc sakinləri qətlə yetirməsi Səddam Hüseynin mülki şəxslərə qarşı tətbiq etdiyi eyni taktika və eyni raket sistemidir”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Ermənistan silahlı birləşmələrinin Gəncəyə raket hücumunu şərh edərkən yazıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. Dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...