Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə sülh gündəliyini müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun nümayəndə heyəti ilə görüşüb.
BAKU.WS xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.
"NATO-ya üzv dövlətlərin daimi nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla görüşməkdən məmnunam. Görüş zamanı səmərəli və uğurlu NATO-Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr apardıq, həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi etdik", - paylaşımda qeyd olunub.
I am pleased to meet with the Permanent Representatives of NATO Member States who are on field study visit to Azerbaijan. We had broad overview of fruitful and successful NATO-Azerbaijan partnership and exchanged views on regional security issues and advancing Azerbaijan-Armenia… pic.twitter.com/JFlk61vDHW
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 7, 2025
Oxşar xəbərlər
Bayramov və Pakistan XİN rəhbəri regiondakı vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon vasitəsilə danışıb. BAKU.W...