Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə siyasi məsələləri müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
"Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik", - o qeyd edib.
Xatırladaq ki, ötən gün Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət etmişdi.
Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi… pic.twitter.com/fHC0oXEWPO
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 2, 2025
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...