Hikmət Hacıyev “Haber Global”a danışdı: “Azərbaycanın bütün şərtləri qəbul edildi” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda Azərbaycan ərazilərində qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarının bölgədən çıxarılmasının mexanizmləri hazırlanır”.
Bunu Türkiyənin “Haber Global” telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, bildirib ki, qanunsuz erməni silahlı birləşmələrinin ixtiyarında olan silah və texnika Azərbaycana təhvil veriləcək.
“Hazırda işlək bir hərbi mexanizm hazırlanır. Bu, qeyri-qanuni silahlı dəstələrin öz mövqelərindən çıxarılmasını, silahı yerə qoymalarını və bu kimi digər aspektləri əhatə edir”, - deyə Prezidentin köməkçisi bəyan edib.O xatırladıb ki, Azərbaycan tərəfi əvvəllər bir neçə dəfə separatçıları danışıqlara dəvət etsə də, rədd cavabı alıb. Buna baxmayaraq, sonda Bakının bütün şərtləri qəbul edilib.
Daha ətraflı “Haber Global”ın videomaterialında:
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...