Hikmət Hacıyev Gəncə terrorunun ikinci ildönümü ilə bağlı paylaşım edib - FOTO

Hikmət Hacıyev Gəncə terrorunun ikinci ildönümü ilə bağlı paylaşım edib - FOTO
Siyasət 44

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o bu barədə tvitter hesabında yazıb.

H.Hacıyev bildirib ki, həmin hadisə müharibə cinayətidir:

“2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın hərbi rəhbərliyi mülki əhali arasında maksimum itki vermək məqsədi ilə Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər şəhərlərini qəsdən və ayrı-seçkilik etmədən ballistik raket zərbələri ilə bombalamağı əmr etdi”.

Son xəbərlər