Hikmət Hacıyev: Etnik azərbaycanlıların İrana İsrail agenti kimi yerləşdirilməsi iddiaları absurddur

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəzi media qurumlarında və sosial media platformalarında Azərbaycanla bağlı yayılan müzakirələrə fikir bildirib.
BAKU.WS xəbər verir ki, Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb ki, Azərbaycanla bağlı yayılan fikirlər tamamilə əsassız və uydurma məlumatlardır.
"Bəzi media orqanları və sosial media hesabları son günlər əsassız və uydurma iddialar yayaraq guya Azərbaycanın etnik azərbaycanlıları agent kimi işə götürərək onları İsrail adından İrana göndərdiyini irəli sürürlər. Bu cür absurdlara və xəyali təsəvvürlərə əsaslanan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və onlar məqsədli dezinformasiyadan başqa bir şey deyil. Biz bu cür yalan xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik", - Hikmət Hacıyev qeyd edib.
Certain media and social media accounts have recently circulated entirely unfounded and fabricated claims suggesting that as if Azerbaijan has recruited ethnic Azerbaijanis as agents and deployed them into Iran on behalf of Israel. These kinds of absurd and fantasy-driven… pic.twitter.com/QCNxgFNy1W
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 13, 2025
Oxşar xəbərlər
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım atmağı gözləyir. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Admi...
