Hikmət Hacıyev Dubayda sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım edib - FOTO/VİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım edib.
BAKU.WS xəbər verir ki, Hikmət Hacıyev sosial şəbəkədə yazıb:
“Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı: Azərbaycanın pavilyonu bizim yaşıl enerji və iqlimlə bağlı siyasətimizi, flora və faunanın müxtəlifliyini, həmçinin Ermənistanın 30 il davam etmiş işğalı zamanı basdırdığı minaların yaratdığı ətraf mühitə təsirləri – torpağın deqradasiyası və eroziyasını, suyun çirklənməsini nümayiş etdirir”.
Oxşar xəbərlər
Prezident Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edib - FOTO/VİDEO - YENİLƏNİB
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iş...
