Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım edib

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı "X" hesabında paylaşıb edib.
BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:
"Diplomatik korpusla Laçına səfər etdik. Laçın hava limanına endik, sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik. Bakıya Ağdam-Bakı qatarı ilə qayıdacayıq".
Qeydə edək ki, Laçına səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bir sıra məkanlarda olublar. Onlar, Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanış olublar.
Oxşar xəbərlər
DİN-dən vacib müraciət
2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniştərkibli koll...