Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə Bərdə və Tərtərə yollanıb
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdəyə və Tərtərə yollanıb.
Bu barədə Prezidentin köməkçisi özünün “Twitter” hesabında xəbər verib.
“Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən həyata keçirdiyi hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik.
Onlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Diplomatik korpuslara da dərdimizə şərik olduğu üçün üçün təşəkkür edirik!”, - deyə o bildirib.
We are on they way to Barda and Tartar to show Armenia's intentional warcrimes against innocent civilians to international media and diplomatic corps. They will see on the spot crimes of Armenia's political-military leadership. We thank our diplomatic corps for compassion!
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 29, 2020
Oxşar xəbərlər
Prezidentin köməkçisi Ermənistanın Bərdəyə raket hücumundan yazdı - FOTO
Ermənistan Silahlı Qüvvələri Tərtərə raket hücumlarından sonra indi də Bərdəni raket atəşinə tuturlar. “Ermənistan növbəti dəfə Bərdəyə qarşı “Smerç” raketlərin...