Hikmət Hacıyev: Azərbaycanın xarici siyasətinin üfüqləri genişlənir
Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb və bundan sonra Azərbaycanın xarici siyasətinin üfüqləri genişlənir.
BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
"Bizim fərqli geosiyasi kimliyimiz var. Azərbaycan bir tərəfdən Cənubi Qafqaz ölkəsi olmaqla bərabər, digər tərəfdən Mərkəzi Asiya ölkəsidir, Xəzər hövzəsinə mənsub ölkədir. Azərbaycan Yaxın Şərq regionunun tərkib hissəsidir, Qara dəniz hövzəsindədir. Bütün bunlar cənab prezidentin müəyyən etdiyi Azərbaycan üçün yeni xarici siyasət konsepsiyası əsasında aktiv siyasətin yürüdülməsinə əsas yaradır".
Onun sözlərinə görə, bu səbəbdən də bu format Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlıq və müttəfiqlik əsasında olan münasibətlərin daha da dərinləşməsinə, iqtisadi, ticarət, mədəni, humanitar əlaqələrin, həmçinin də nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə böyük imkanlar və fürsətlər vəd edir.
Oxşar xəbərlər
Hikmət Hacıyev: "Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində Zəngəzur dəhlizi əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edir"
"Zəngəzur dəhlizi bu gün qəbul edilmiş Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində iqtisadi, ticarət, nəqliyyat-logistika əməkdaşlığı üçün çox yaxşı imkan...