Hikmət Hacıyev: Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, forumda müxtəlif ölkələrin rəsmiləri təcrübələrini bölüşür:
"Azərbaycan beynəlxalq təcrübədən öyrənməyə və eyni zamanda öz təcrübə və çağırışlarını dünya ictimaiyyəti ilə bölüşməyə hazırdır. Bu baxımdan, ölkəmiz postmünaqişə bərpa proseslərində nümunəvi modellərdən biri ola biləcəyini də düşünür".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...