Hikmət Hacıyev: “Azərbaycan işğal ilə üzləşdikdə beynəlxalq ictimaiyyət susdu”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan 30 il əvvəl işğal ilə üzləşdikdə beynəlxalq ictimaiyyət susdu”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev bildirib.
“Müstəqilliyinin ilk illərində Azərbaycan işğala və etnik təmizləməyə məruz qaldı. Biz Ukraynanın üzləşdiyi çətinlikləri başa düşürük, çünki 30 il əvvəl Azərbaycan da böhranla üzləşmişdi. Həmin vaxt Azərbaycan ədalətli yanaşmaya ümid etsə də, beynəlxalq ictimaiyyət susdu.
Azərbaycana qarşı selektiv yanaşma nümayiş etdirildi. Söhbət Azərbaycandan getdikdə hamı susurdu”, - H.Hacıyev deyib.
O, həmin mürəkkəb zamanda Azərbaycan xalqını dəstəkləmiş və Ermənistan ilə diplomatik münasibətlər qurmamış Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanına öz təşəkkürünü bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...