Hikmət Hacıyev Armen Qriqoryanla birgə müsahibəyə həsr olunmuş paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birgə "Euronews"a verdikləri müsahibənin linkini paylaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Euronews"a verdikləri eksklüziv müsahibədə Azərbaycan və Ermənistanın yüksəksəviyyəli nümayəndələri vaxtilə ağlasığmaz sayılan sülh prosesinin sabitlik və iqtisadi dəyişikliklər üçün birgə strategiyaya necə çevrildiyini ictimaiyyətə açıqlayıblar.
Armen Qriqoryan və Hikmət Hacıyev ilk dəfə olaraq birlikdə çıxış edərək, 2020-ci ildə başlanan sülh prosesinin "geridönüşü olmayan" olduğunu və artan etimada əsaslandığını bəyan ediblər", - məqalədə vurğulanır.
Armenia, Azerbaijan representatives detail peace plan and new US-backed corridor https://t.co/JZtxgXQ308
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 10, 2025
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...