Hikmət Hacıyev Ağstafada məhv edilmiş erməni PUA-sının şəkillərini paylaşdı - FOTO

Hikmət Hacıyev Ağstafada məhv edilmiş erməni PUA-sının şəkillərini paylaşdı - FOTO
Foto
Siyasət 1488

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Ermənistanın kamikadze dronu vasitəsilə Azərbaycanın mülki əhalisinə hücum etmək cəhdi barədə paylaşım edib.

BAKU.WS xəbər verir ki, Hikmət Hacıyev paylaşımında kamikadze-dronun fotolarını paylaşıb.

“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən uğurla məhv edilib. Dron yaşayış yeri ətrafında uçurdu.

Çox sayda mülki əhalinin həyatına təhlükə aradan qaldırıldı. Ermənistanın dövlət terroru davam edir”.

Son xəbərlər