Türkiyədə heyvansevərlər "Eros" üçün etiraz edib, izdiham yaratdı - VİDEO

Türkiyədə heyvansevərlər Eros üçün etiraz edib, izdiham yaratdı - VİDEO
Video
Siyasət 1

Bu gün Türkiyədə "Eros" adlı pişiyi döyərək öldürən İbrahim Keloğlanın məhkəməsi keçirilib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun məhkəməsi təşkil edilən "Asliye Ceza Mahkemesi" binanın önündə izdiham yaşanıb.

Etiraz edənlər məhkəmə binasının qapısını yumuruq və təpiklə vuraraq açmağa çalışıblar. Onlar "Eros"un öldürülməsinə kəskin şəkildə etiraz ediblər.

İbrahim Keloğlan məhkəməsi zamanı "Özümü itirdim. Mən və həyat yoldaşım artıq adam işinə çıxa bilmirəm" deyərək bildirib.

Xatırladaq ki, İstanbul Başakşehirdə yeni il gecəsi "Eros" adlı pişiyi liftdə ayağı ilə vuraraq öldürən Keloğlana 1 il 3 ay həbs verilməsi istənilsə də, bu cəza üst məhkəmə tərəfindən ləğv olunub.

Son xəbərlər