Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
 
                            Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb. Layihə musiqi məktəblərinin inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində layihə çərçivəsində alınan musiqi alətləri nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər.
Layihə çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıra musiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb. Bunların sırasında tar, kamança, qanun, nağara kimi milli alətlərlə yanaşı, skripka, violonçel, royal, pianino və digərləri yer alır. Bu musiqi alətləri həm yerli ustaların əl işləri, həm də musiqi alətlərinin istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən sifariş olunan nümunələrdir. O cümlədən "Carlovy" violonçel və skripkaları, Avropanın akustik piano və royalların istehsalı sahəsində başlıca firması olan "Petrof" royalları, "Yamaha" pianoları bu musiqi alətləri sırasındadır.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihənin paytaxt və regionlardakı musiqi məktəblərində təhsilin inkişafına dəstək baxımından əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə də gənc istedadların inkişafına və təhsilinə göstərdiyi daimi dəstəyə görə təşəkkürünü bildirib.
Sonra Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə konsert olub.
Qalereya
Oxşar xəbərlər
Milli kimlik, ideoloji sərhədlər uğrunda mübarizə: Dövlətin özünümüdafiə mexanizmi iş başında
Dünya tarixinin xüsusən ən müasir dövrünə nəzər salsaq, siyasi sistemlərdə, iqtisadi münasibətlərdə, milli maraqların təmin olunması yolları və bütün bu məsələl...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
                             
                     
                     
                     
                    