Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına xeyriyyə Fondu anlaşma memorandumu imzalayıb
Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb.
BAKU.WS xəbər verir ki, memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar.
Qeyd olunub ki, uzunmüddətli və səmərəli əməkdaşlığın təməlini qoyan sənəd, eyni zamanda, müxtəlif sahələrdə gələcək birgə layihələrin həyata keçirilməsinə yönəlib.
Sənədlə təsbit olunmuş hədəflər tərəflərin gələcəkdə birgə səmərəli fəaliyyətinə imkan yaradacaq.
Görüş zamanı sosial və təhsil sahələrində əməkdaşlıq, eyni zamanda, mədəniyyət və incəsənət üzrə layihələrin əhəmiyyəti vurğulanıb.
Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə bir sıra ölkələrdə uğurla sərgiləndiyi diqqətə çatdırılıb.
Hazırda sərginin Türkmənistanda da nümayiş olunması məsələsi üzərində əməkdaşlıq edildiyi bildirilib. Qeyd olunub ki, bu beynəlxalq layihə mədəni mübadilə və ətraf mühitin qorunması mövzusuna diqqət çəkmək üçün vacib bir platforma olacaq.
Qalereya
Oxşar xəbərlər
İranın sensasiyalı qisas planı: Hadisələr ətraf ölkələrə necə təsir edəcək?
"Biz bu hərbi əməliyyatların ən qısa müddətdə başa çatacağını və gəmilərin səyahətlərinə davam edib, yenidən Hörmüz boğazından təhlükəsiz şəkildə keçə biləcəyin...