Həsən bəy Zərdabinin oğlunun məzarı tapıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir neçə ildir, axtarışında olduğum milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdım".
BAKU.WS xəbər verir ki, bunu “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkə hesabında bildirib.
A.Aşırlı uzun müddətdi axtarışda olduğu milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdığını bildirib.
Onun sözlərinə görə, Səfvət bəyin Ankaranın Karşıyaka məzarlığında yerləşən qəbri baxımsız, hətta baş daşı qırılmış, sinə daşını əvəzləyən daşlar parçalanmış vəziyyətdə olub:
“Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki, məzarlıq məmurları, ətrafda calışan ustalar köməyimə çatdı. Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik, kiçik bir təmir işi apardıq”.
Qeyd edək ki, Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3-cü övladıdır. O, 1917-ci ilə qədər Riqa Politexnik Universitetində oxuyub, sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühəndis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952-ci ildə Ankarada Azərbaycan Milliyyətçilər dərnəyinin qurucularından olub, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mücahiddir.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...