Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun 2025-ci tədris ilinin hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Yarışa cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar.
Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkar edilməsi üzrə tapşırıqların icrası zamanı iştirakçılar fəallıq göstəriblər. Həmçinin hərbi qulluqçular fərdi birincilik uğrunda mübarizə aparıblar.
Səmti müəyyənetmə yarışında ümumilikdə 7 komanda üzrə 28 hərbi qulluqçu iştirak edib.
Yekun nəticələrə əsasən, qalib komandalara və yüksək nəticə göstərərək fərdi birincilikdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...