Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edirlər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Amerika Birləşmiş Ştatları ilə "Avrasiya Tərəfdaşlığı" proqramı çərçivəsində 01-05 avqust 2022-ci il tarixlərində Rumıniyanın Konstansa şəhərində keçirilən "Minalara qarşı tədbir və dalğıc hazırlığı təlimi"ndə iştirak edirlər.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, hər il keçirilən bu təlimin əsas məqsədi minalara qarşı mübarizə üsulları, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında tərəfdaşlarla müzakirə və təcrübə mübadiləsi aparmaq, eləcə də peşəkar münasibətlərin qurulmasından ibarətdir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...