Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələri işğaldan azad olunan ərazilərdə dislokasiya edilən hərbi hissələrdə olub, hərbi qulluqçularla görüşlər keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə yüksək əhval-ruhiyyə, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.
Sonda xidmətdə fərqlənən və yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...